İranda etiraz aksiyalarının 109 iştirakçısı edam oluna bilər

İranda ümummilli etiraz aksiyalarında iştirak edən 109 nəfər edam oluna bilər...

Report” “RadioFarda”ya istinadən xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Təşkilatın təqdim etdiyi siyahıya əsasən, Xuzistanda 24, Sistan və Bəlucistanda 22, Tehranda 20, Mazandaranda 10, İsfahanda 8, Qərbi Azərbaycanda 7, Gilan, Əlborz, Farsda 5 nəfər, Şərqi Azərbaycanda 3 nəfər, Çaharmahal və Bəxtiyaridə hər birində 2 nəfər, Kirmanşah, Kürdüstan və Rəzəvi Xorasanda isə 1 nəfər edam təhlükəsi altındadır.

Bildirilib ki, həbsdən azad edildikdən qısa müddət sonra bəzilərinin şübhəli ölümünə (intihar iddiaları da daxil olmaqla) məlumatlar yayılır.

Təşkilatın tərtib etdiyi statistik məlumatlara görə, etirazlar başlayandan bəri Sistan və Bəlucistanda azı 131, Tehranda 56, Qərbi Azərbaycanda 54, Kürdüstanda 53, Mazandaranda 39, Gilanda 25, Kirmanşahda 24, Əlborzda 24 nəfər, İsfahanda 14 nəfər, Xuzistanda 12 nəfər, Farsda 12 nəfər, Rəzəvi Xorasanda 7 nəfər, Şərqi Azərbaycanda 4 nəfər, Zəncanda 3 nəfər, Lorestanda 3 nəfər, Mərkəzidə 3 nəfər, Qəzvində 3 nəfər, Həmədanda 2 nəfər, Kohguliyə və Boyer Əhməddə 2 nəfər, İlamda 2 nəfər, Ərdəbildə 2 nəfər, Buşehrdə 2 nəfər, Hormozqanda 2 nəfər, Semnanda 1 nəfər və Gülistanda 1 nəfər öldürülüb.

Qeyd edək ki, aksiyalar başlayandan Güney Azərbaycandakı etirazlarda 76 nəfər hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.

Xatırladaq ki, Tehran, Məşhəd və Kərəcdə dörd etirazçı - Möhsün Şəkəri, Məcidreza Rəhnavard, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni barəsində çıxarılan ölüm hökmü icra olunub.

pia.az