Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsi kimə qarşıdır?

Ankara Ağrı dağında modul tipli hərbi baza tikir...

Politoloq: “Ermənistan elə bir güclü ölkə deyil ki, Türkiyə onu hədəfə alan hərbi baza inşa etsin”.

“Türkiyənin Ağrı dağında Ermənistnal sərhədə yaxın ərazidə hərbi baza inşa etməsi ilk növbədə Ankaranın müstəsna hüququdur”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyənin Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikməsi haqda xəbər əməlli-başlı səs-küyə səbəb olub. Bu xəbərdən nəinki ermənilər, hətta onlara havadarlıq edənlər də təşvişə düşüblər. Bəs Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsində məqsəd nədir və bunun Azərbaycan üçün hansı üstünlükləri ola bilər?

Türkiyənin yeni hərbi bazar tikməkdə məqsədini PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Bu hərbi baza İrana və PKK terror təşkilatına qarşı mövqedir”.

Türkiyə ordusunun PKK-nı Ağrı dağından çıxardığını vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu hərbi baza PKK-nın yenidən regionda güclənməsinin, bu ərazilərə yayılmasının qarşısının alınmasında xüsusi rolu olacaq:

“Türkiyənin Ağrı dağında Ermənistnal sərhədə yaxın ərazidə hərbi baza inşa etməsi ilk növbədə Ankaranın müstəsna hüququdur. Türkiyə öz ərazisind istənilən nöqtədə hərbi baza yarda bilər. Bunun Ermənistana qarşı olmasını düşünmürəm. Ermənistan elə bir güclü ölkə deyil ki, Türkiyə onu hədəfə alan hərbi baza inşa etsin. Hazırda Ermənistanla Türkiyə arasında münasibətlərdə müəyyən normallaşma var. Düzdür, Ermənistanda Türkiyəyə qarşı düşmən qüvvələr bunu Ermənistana qarşı olduğunu qeyd edirlər.

Hesab edirəm ki, bu hərbi baza İrana və PKK terror təşkilatına qarşı mövqedir. Qeyd edim ki, PKK uzun illər Ağrı dağından düşərgə kimi istifadə edib. Türkiyə ordusu iki ildir ki, buradan PKK-nı çıxarıb. Ona görə də bu hərbi baza PKK-nın yenidən regionda güclənməsinin, bu ərazilərə yayılmasının qarşısının alınmasında xüsusi rolu olacaq. Türkiyənin bu ərazilərdə baza yaratması PKK-nın Şərqi Anadoluda güclənə biləcəyinin qarşısını alacaq.

Türkiyənin Naxçıvana yaxın ərazidə hərbi bazası olması Azərbaycan üçün əhəmiyyəti böyükdür. i İstənilən situasiyada Türkiyə ordusunun Azərbaycanla əlaqələri daha da inkişaf edəcək və bu regionda təhlükəsiziliyə töhfə verəcək”.

Nərminə UMUDLU pia.az