Türkiyədə 5 bal gücündə zəlzələ olub

Dağıntı və itkilər barədə məlumat yoxdur...

Türkiyədə Egey dənizində 5 bal gücündə zəlzələ olub.

“Report”un Ankara bürosu xəbər verir ki, Türkiyə vaxtı ilə saat 10:38-də baş verən zəlzələ İzmir, Çanakkala və Balıkəsir vilayətlərində hiss edilib.

Zəlzələnin episentri Egey dənizindəki Midilli adasında, yerin 14,95 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və itkilər barədə məlumat yoxdur.

pia.az