Balakəndə avtomobil körpüdən çaya aşıb

Hazırda faktla bağlı araşdırma aparılır...

Balakən rayonunda yolların buzlu olması səbəbindən sürüşən avtomobil Katex çayı üzərindəki körpüdən çaya aşıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "BMW" markalı minik avtomobili Katex körpüsü üzərində yolun buzlu olması səbəbindən idarəetmədən çıxıb.

Nəticədə avtomobil körpünün dəmir məhəccərlərini qıraraq çaya aşıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

pia.az