Ərdoğan: Qara dənizdəki sakit vəziyyətə görə dünyaTürkiyəyə borcludur

Türkiyə prezidenti Rusiya-Ukrayna müharibəsi fonunda ölkəsinin Qara dənizdə sakitliyi təmin etdiyini deyib...
Türkiyə prezidenti: “Türkiyənin “Montrö Konvensiyası”na əməl etməsi sayəsində Qara dənizdə problemlərin qarşısı alınıb”.

Türkiyə Qara dəniz boğazlarında naviqasiyanı tənzimləyən “Montrö Konvensiyası”na ciddi əməl etdiyi üçün Rusiyanın Ukrayna ərazisində müharibə başladıqdan sonra Qara dəniz hövzəsində problemlərin qarşısını almaq mümkün olub.

PİA.az xəbər verir ki, bunu yanvarın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı deyib.

“Türkiyə Montrö Konvensiyasına ciddi şəkildə əməl edir. Beləliklə, biz Qara dəniz hövzəsində gərginliyin qarşısını aldıq”, deyə Türkiyə lideri vurğulayıb.

pia.az