Rusiyada sərt hava şəraitinə görə təyyarə qəzaya uğrayıb, ölənlər var

Təyyarənin göyərtəsində 12 nəfər - 2 ekipaj üzvü və 10 sərnişin olub...

Rusiyanın Nenets Muxtar Dairəsində “An-2” təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, qəzaya səbəb sərt hava şəraitinə görə yolun buz bağlaması olub.

Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, təyyarənin göyərtəsində 12 nəfər - 2 ekipaj üzvü və 10 sərnişin olub.

pia.az