Yevlaxda kanalda batan şəxsin axtarışlarına dalğıclar cəlb edilib - Yenilənib, Video

FHN məlumat yayıb...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1 nəfərin Yuxarı Şirvan kanalının Yevlax rayonunun Xanabad kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

FHN-dən PİA.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.

Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən PİA.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

##galery##

pia.az