Azəri əsilli professor Aygün Attar Bakıya gəlir

Giresun Universitetinin rektoru “Oxford Socrates” mükafatının sahibi, Türkiyənin ən nüfuzlu professorlarından olan azəri əsilli professor Aygün ATTAR Bakıya gəlir
PİA.AZ yerli mətbuata istinadən bildirir ki, 2012-ci ildən bəri Giresun Universitetini beynəlxalq aləmdə tanıtdıran A.ATTAR Azərbaycanda, Moskvada ali təhsil alan alimimiz Türkiyədə kariyerasını qurmuş və səsini dünyaya eşitdirməyi bacaran dünya vətəndaşıdır. Farsca-rusca yazılmış onlarla əsəri türkcəyə çevirən A.ATTAR cinsi bərabərlik mövzusunda çalışan tanınmış alimlərdəndir.O, Asiyada, Afrikada, Avropada və Amerikada fəaliyyət göstərən Qadın Araşdırma Mərkəzləri ilə birlikdə bir-çox konfransların ərsəyə gəlməsinə nail olub.