The Washington Post: Ukraynanın gələcəyi 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdən asılıdır

2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərə görə Ukraynanın gələcəyi sual altında qala bilər…

PİA.az xəbər verir ki, bu barədə The Washington Post qəzetində dərc edilən məqalədə bildirilir. Nəşr qeyd edir ki, Ukraynanın taleyi getdikcə onun nəzarətindən kənar şərtlərdən asılı olur.

Məqalədə Qlobal Məsələlər üzrə Çikaqo Şurasının üzvü Elizabet Şakelfordun fikrinə istinad edilir. Eksperin sözlərinə görə, Avropanın Ukraynaya dəstəyi siyasi baxımdan vacibdir, lakin Avropanın Ukraynaya hərbi töhfəsi Vaşinqtonun ötürdüyü böyük miqdarda silahla müqayisədə cüzidir.

“Respublikaçılar 2024-cü il prezident seçkilərində qalib gəlsələr, Ukraynanının gələcək silah tədarükü sual altında qala bilər. Ukraynaya silah vermək məsələsinin müzakirələri və tədarükü bir müddət uzana bilər və o vaxta qədər Ukraynanın şansları həqiqətən azalacaq”, deyə Şackelford bildirib.

The Washington Post Qərbin Kiyevi lazımi miqdarda sursatla təmin etmək qabiliyyətinə şübhə edir və məqalədə vurğulanır ki, bu da Ukrayna qoşunlarının tükənməsinə gətirib çıxaracaq. Məqalədə həmçinin o da qeyd olunur ki, ağır maliyyə vəziyyəti Ukraynanın müstəqilliyini şübhə altına alır.

Xatırladaq ki, dünən ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays bildirib ki, Ukrayna hazırda demək olar ki, tamamilə Qərbdən, ilk növbədə ABŞ-dan asılıdır. Sabiq dövlət katibi qeyd edib ki, Ukrayna iqtisadiyyatı tamamilə dağılıb və xarabalığa çevrilib.

Kondoliza Raysın fikrincə, indiki vəziyyətdə zaman Kiyevə qarşıdır və buna görə də Qərb Ukraynaya yardımları artıraraq tez bir zamanda Kiyevin qələbəsini təmin etməlidir.

pia.az