Bakı Ağır Cinayətlər Məhkəməsində bir sıra proseslər təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qarlı hava şəraiti ilə əlaqədar olaraq bir çox məhkəmə prosesləri təxirə salınıb.

Bu barədə "Report"a Bakı Ağır Cinayətlər məhkəməsinin hakim-spikeri Telman Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yollarda hərəkətin çətinləşməsi səbəbilə təqsirləndirilən şəxslərin istintaq təcridxanalarından məhkəmə prosesinə gətirilməsində, həmçinin zərərçəkmiş, şahid və digər proses iştirakçılarının məhkəməyə gəlməsində problemlər yaranıb:

"O təsdiqləndirilən şəxslər ki, barəsində həbs qəti-imkan tədbiri seçilib və istintaq təcridxanasında saxlanılır, onların məhkəmə prosesləri təxirə salınıb. Lakin barələrində həbslə əlaqədar olmayan qəti imkan tədbiri seçilən şəxslər (polis nəzarəti, ev dustaqlığı) altında olan şəxslərin prosesləri isə keçiriləcək".

pia.az