Kissincerə görə Ukraynada sülhü necə əldə etmək olar…

ABŞ-ın sabiq strateqlərindən olan Henri Kissincer yeni kitabında Ukraynanın neytral statusunu sülhə aparan yeganə yol adlandırıb…

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukraynanın bitərəf statusunun Rusiya ilə münaqişəyə son qoymağa imkan verə biləcəyi deyib.

PİA.az xəbər verir ki, bu barədə “Foreign Affairs” nəşri Kissincerin “Liderlik: Dünya strategiyasının altı dərsi” adlı yeni kitabına istinadən məlumat yayıb. Yeni kitabında Kissincer təklif edib ki, təhlükəsizlik zəmanətləri və Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi Rusiyanı “təhlükəsiz sərhədlər hissindən” xilas edəcək.

ABŞ-ın keçmiş dövlət katibi hazırkı münaqişənin həlli yolunu Ukraynanın neytral olmasında görür. Lakin Kissincer Ukraynanın neytral bufer dövlət kimi özünün təhlükəsizliyinin necə təmin edə biləcəyini izah etmir, deyə nəşr yazır.

Xatırladaq ki, Kissincer daha əvvəl bəyan etmişdi ki, əksər ölkələr münaqişənin genişlənməsinə və nüvə silahından istifadəyə qarşıdır. Onun fikrincə, Rusiya ilə Ukrayna arasında fevralın 24-dək mövcud olan sərhədlər boyu atəşkəs xəttinin yaradılması lazımdır. Krım və digər mövzulardan danışan Nobel mükafatı laureatı bildirmişdi ki, Rusiyanın işğal etdiyi ərazilər hərbi əməliyyatlar dayandırıldıqdan sonra müzakirə mövzusu olmalıdır. O, vəziyyətdən çıxış yollarından birini beynəlxalq təşkilatların nəzarəti altında referendum keçirməkdə görmüşdü.

pia.az