Qarabağ əlilinin meyiti 9 gün sonra tapıldı

Meyitin kimliyinin araşdırılması üçün Məhkəmə-Tibbi Ekspertizasına göndərilib
Çimərlik mövsümü başlayandan dənizdə batanların da sayı artıb.  9 gün bundan öncə dənizdə boğulan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində 1968-ci il təvəllüdlü Bəhlul Ağayevin meyiti bu gün tapılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Ximdətinin əməkdaşları uzun müddət batan şəxsin meyitini axtarsalar da əlverişsiz hava şəraiti üzündən tapa bilməmişdilər. Artıq bu gün mərhumun cansız bədəni tanınmaz halda xilasedicilər tərəfindən Nardaran kəndində dəniz kənarındakı adalardan tapılıb. Və dərhal ikinci qrup Qarabağ əlilinin meyiti kimliyin müəyyən olunması üçün morqa aparılıb. Mərhumun ailəsi və yaxınları onun kimiliyini müəyyən edə bilib. Məlum olub ki, o, 9 gün bundan öncə dənizə çimmək məqsədilə gedən 1968-ci il təvəllüdlü Bəhlul Ağayevdir.Meyitin kimliyinin araşdırılması üçün Məhkəmə-Tibbi Ekspertizasına göndərilib. Artıq Sabunçu Rayon Prokrorluğu kimliyi müəyyən edə bilib. Hadisə ilə bağlı Qubadlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Bəhlul Ağayevin dənizdə dəqiq hansı səbəbdən boğulması araşdırlır.