İstanbulda Yeni il gecəsi partlayış törətmək istəyən İŞİD üzvləri saxlanılıb

İstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD terror təşkilatına üzv olan iki nəfəri saxlayıb...

APA-nın İstanbul müxbiri xəbər verir ki, iki Əfqanıstandan olan K. Z. İ. və A. M. adlı şübhəlilər dekabrın 31-i yeni il gecəsi ərəfəsində İstanbulda yerləşən və turistlərin çox olduğu əyləncə məkanlarının birində partlayış törətməyə çalışıb.

Onlar saxlanaraq İstanbul Baş Polis İdarəsinə gətirilib.

pia.az