Qarabağ, İran, İsrail... – “Danışaq” layihəsinin qonağı keçmiş XİN rəhbəri Elmar Məmmədyarovdur - Video

Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında abunəçilərə daha bir videomüsahibə təqdim edib.

PİA.az-ın məlumatına görə, verilişin qonağı Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov olub.

Ənənəvi cümə müsahibəsinin qonağı müxtəlif mövzulara, o cümlədən bizim ekoloqların Qarabağdakı fəaliyyətləri, Rusiya sülhməramlıları, Paşinyan, İrandakı vəziyyət, Ukraynadakı müharibə, Azərbaycanın İsraildə səfirliyinin açılması, eləcə də onun hazırkı vəziyyəti, Rusiya Federasiyasının dağılma ehtimalı, müstəqil Dağıstan və s. məsələlərə toxunub.

Müsahibədə həmçinin sabiq nazirin hazırda hansı işlə məşğul olduğu, gününün necə keçdiyi və gələcək planlarından söhbət açılıb.

pia.az