Bakıda 18 yaşlı qız dəm qazından boğularaq ölüb

Bakıda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonu, Sabit Rəhman küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Fəxrəddinova Nərminə yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az