Britaniya da Ukraynaya tanklar göndərməklə bağlı qərar verib

Böyük Britaniya Ukraynaya tank göndərməyi planlaşdırır…

PİA.az xəbər verir ki, bu barədə Sky News xarici işlər naziri Ceyms Kleverlinin bəyanatına istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, hazırda Britaniya höküməti müttəfiqləri ilə bu məsələni müzakirə edir.

“Kiyev bu tankları haradan alacaq, hansı müttəfiq ölkə Ukraynaya tank göndərəcək, bütün bu məslələri biz əlbəttə ki, müzakirə edirik”, deyə Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Kleverli həmçinin bildirib ki, Britaniya uzaq məsafədə Rusiya hədəflərinə həlledici zərbə vura bilmək üçün Ukraynaya hərbi texnika da göndərib.

Eyni zamanda Fransanın xarici işlər naziri Ketrin Kolonna Parisin hərbi yardım çərçivəsində Ukraynaya tank tədarük etmək planlarını təsdiqləyib. O, vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makronun vəd etdiyi tankların Kiyevə göndərilməsi Parisi Ukrayna münaqişəsində tərəfə çevirməyəcək.

pia.az