Priqojin Putinin səlahiyyətlərini mənimsəyib – İş adamı dustaqları necə əfv edə bilər?..

Kremlin mətbuat xidməti Dmitri Peskov Priqojinin cinayətkarlara tətbiq etdiyi amnistiyanın hüquqiliyini təsdiq etməyib. “Vaqnerçi” dustaqlara verilən sənədlərin hüquqi tərəfi isə açıq qalır...

Analitiklər qeyd edirlər ki, “Vaqner qrupu”nun təsisçisinin məhkumlara amnistiya verilməsi ilə bağlı qərar vermək üçün qanuni səlahiyyəti yoxdur.

PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Rusiyanın “Vaqner Qrupu” Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiyada siyasi təsir səviyyəsini yüksəltməyə çalışır. Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri yanvarın 5-də hazırladıqları hesabatda bu qənaətə gəliblər.

ISW qeyd edib ki, Priqojin “Vaqner qrupu” sıralarında Ukraynada yarım il döyüşən rus məhbusların əfv olunduğunu elan edib. Eyni zamanda, iş adamının bu prosedur üçün lazımi səlahiyyətləri yoxdur və bu səlahiyyət birbaşa Rusiya prezidentinə aiddir.

Kremlin mətbuat xidməti Dmitri Peskov da Priqojinin cinayətkarlara tətbiq etdiyi amnistiyanın hüquqiliyini təsdiq etməyib. “Vaqnerçi” dustaqlara verilən sənədlərin hüquqi tərəfi isə açıq qalır. Vladimir Putin belə bir fərman imzalamadığına görə “Vaqnerçi” dustaqlara Priqojin tərəfindən verilən sənədlərin də heç bir hüquqi əsası yoxdur. Daha doğrusu bu sənədlər saxtadır.

Rusiya qanunlarına görə, məhbusları əfv etmək hüququ yalnız Rusiya Federasiyasının prezidentinə məxsusdur. Regional əfv komissiyaları və ya fiziki şəxslər konkret məhkumla bağlı dövlət başçısına vəsatətlə müraciət edə bilərlər.

“Mümkündür ki, Priqojin onların adından keçmiş məhbusların əfv olunması üçün president qarşısında vəsatət qaldırıb. Ola bilsin ki, Priqojin bu vəsadətə görə muzdlu döyüşçüyə çevrilən məhbusların əfv olunduğunu iddia edir. Halbuki bununla bağlı ya president fərmanı olmalıdır, ya da Rusiya məhkəmələri onları cəzanın qalan hissəsindən azad etməlidir”, deyə ISW-nin hesabatında bildirilir.

Ekspertlər qeyd ediblər ki, Yevgeni Priqojin cəmiyyətə Rusiyada “vaqnerçilərə” amnistiya elan etmək üçün özünün kifayət qədər nüfuza və gücə malik olduğunu göstərməyə çalışır. Ehtimal olunur ki, iş adamı müharibə tərəfdarı olan rus auditoriyası arasında nüfuzunu yüksəltmək istəyir.

Hesabatda deyilir: “Priqojin yalnız Putinin həqiqətən sahib olduğu səlahiyyətləri mənimsəyərək özı təkəbbürünü göstərir. Amma bununla o, böyük riskə gedir”.

“Vaqner qrupu”nun dustaq döyüşçülərinin əfv edilməsini Priqojin yeni məhbusların müharibəyə cəlb edilməsi üçün yararlanmağa çalışması daha ağlabatandır. Amma bunun nəıylə bitəcəyini də təxmin etmək çətindir”, deyə ISW analitikləri qeyd edirlər.

Rusiya mətbuatının məlumatına görə, Ukraynada 2 ay ərzində 500-ə yaxın məhkumlar “vaqnerçi” ölüb.

pia.az