“Hər kəsin vəzifədə olan əmisi, dayısı var“ - Məmmədyarov

Həmişə deyirlər ki, kim Xarici İşlər Nazirliyinə işə düzəlibsə, salamat adam deyil, savadsızdır...

Elmar Məmmədyarov “Tapşırıqla XİN-də adam işə adam götürmüşəm” fikirlərinin müzakirə yaratmasına aydınlıq gətirib.

PİA.az APA TV-yə istinadla xəbər verir ki, onu düzgün başa düşməyiblər.

Eks-nazir bildirib ki, ilk gündən XİN-ə yalnız imtahan sistemi ilə işə götürülənlər olub:

“Dövlət İmtahan Mərkəzi ilə birgə suallar hazırlayırdıq. İldə bir dəfə, bəzən iki dəfə vətəndaşları işə qəbul edirdik.

Həmişə deyirlər ki, kim Xarici İşlər Nazirliyinə işə düzəlibsə, salamat adam deyil, savadsızdır. Bu, düzgün deyil. Yenə də deyirəm, Azərbaycan böyük ölkə deyil, hər kəsin əmisi, dayısı, babası var, hansısa vəzifədə ola bilərlər. Onda qadağa qoyaq ki, onların yaxınları XİN-də işləməsinlər? O qədər savadlı uşaqlar var ki...

Adamı ləkələmək istəyirlər. Kadrlar imtahan sistemi ilə işə qəbul olunublar, Məleykə Abbaszadədən də soruşa bilərsiniz. Dovlət İmtahan Mərkəzi ilə birlikdə sualları hazırlayır, XİN-nin Kadrlar idarəsi ilə birgə test sistemi ilə imtahan keçirirdik. İndiyə qədər o test sistemi qalır.

Xahişlə adam götürüb-götürmədiyimi yoxlamaq asandır. Zəng edin, DİM-dən öyrənin, deyəcəklər ki, bəli, XİN-lə birgə test sistemi ilə vətəndaşları işə götürürdük”.

pia.az