“Mənə Vasif Talıbovla düşmən olmaq lazım idi?” - Hafiz Hacıyev

“Mənim dediyim faktlar hər bir zaman yerini tapıb. Həmişə demişəm ki, Ramiz Mehdiyev Azərbaycanda dövlət çevrilişi etmək istəyir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə baş verən son siyasi və sosial hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Ötən il ölkə həyatında bir çox siyasi və sosial hadisələr baş verdi. Əsas olaraq deyə bilərik ki, ölkədə iki siyasi çalxalanma oldu. Birinci çalxalanma Ramiz Mehdiyevin vəzifədən azad olunması oldu. Bu da çox böyük səs-küy yaratdı və bu günə qədər onun haqqında olan söz-söhbətlər kəsilməyib. İkincisi çalxalanma isə Naxçıvan meri Vasif Talıbovun vəzifəsindən azad olunması oldu. Vasif Talıbov haqqında da yayılan xəbərlər və faktlar hələ də davam edir.

Hər bir zaman dediyi faktlar öz yerini tapan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mövzu ilə bağlı PİA.az-a danışdı.

Hafiz Hacıyev: “Ramiz Mehdiyevin və Vasif Talıbovun komandası deyir ki, hələ bilmək olmaz kimlər qalib gəlib”.

Bu məsələləri açmağın asan məsələ olmadığını nəzərə çatdıran partiya sədri bildirib ki, mafyor qüvvələr çoxdur. Hansını da araşdırırsan yüz milyardlarla pulları çıxır:

“Mənim dediyim faktlar hər bir zaman yerini tapıb. Həmişə demişəm ki, Ramiz Mehdiyev Azərbaycanda dövlət çevrilişi etmək istəyir. O İlham Əliyev anti-koalisiyasının başında durur. İlham Əliyev anti-koalisiyasının tərkibində Heydər Əliyevin və İlham Əliyevin çörək verdiyi adamlar da var. Bu gün də bu tərkib öz işini davam etdirir.

Vasif Talıbovun nə etdiyi hamıya bəlli idi. Amma heç kəs bunu ortaya qoymurdu. Biz öz nüfuzumuzu zərbə altına qoyaraq, hakimiyyət salamımız olanları da unudaraq dövlət və dövlət başçısına görə bütün bunları açdıq. Mənə Vasif Talıbovla düşmən olmaq lazım idi? Amma çox sevindirici haldır ki, dediklərimin hamısı gəlib yerini tapır.

Hafiz Hacıyev: “Əgər yeni ildə 1 kilo ətin qiyməti 20 manatdırsa və insanlar öz ailəsinə 1 kilo ət alıb apara bilmirsə, əlbəttə ki, onlar narazı olacaqlar”.

Mən xalqımı çox istədiyimdən, dövlət başçısına olan böyük hörmətdən irəli gələrək gizli məsələləri açacam. Bu məsələləri açmaq da asan məsələ deyil. Çünki mafyor qüvvələr çoxdur. Hansını da araşdırırsan yüz milyardlarla pulları çıxır. Onların qarşısında bizlər heç kimik. Buna görə də onlar çalışırlar ki, hər an ölkədə vəziyyəti gərginləşdirsinlər. Beləliklə də, onlar xalqı dövlət başçısına qarşı çıxarmaq istəyirlər və buna da kifayət qədər nail olublar.

Əgər yeni ildə 1 kilo ətin qiyməti 20 manatdırsa və insanlar öz ailəsinə 1 kilo ət alıb apara bilmirsə, əlbəttə ki, onlar narazı olacaqlar. Bu gün bütün maqazinlər bir qrup insanların əlindədir. Qiymətlər də günü-gündən artır. Bu vəziyyətdən kimlər razı ola bilər? Bunların hamısını edənlər də hökumətin içində olan müəyyən qüvvələrdir, qollardır. Dövlət başçısına xəyanət etmək dövlətə xəyanət etmək deməkdir.

Ramiz Mehdiyevin və Vasif Talıbovun komandası deyir ki, hələ bilmək olmaz kimlər qalib gəlib. Biz xalqın arasındayıq və nələrin olduğunu da bilirik. Akif Çovdarun mülkünü geri qaytarırlar. Axı niyə? Çovdar oxunmasına 1 saat vaxt lazım olan mülkləri necə alıb? Bu biabırçılıqdır”.

Nərminə UMUDLU pia.az