Zelenski Putinə: “Unitazları götürün və evinizə qayıdın”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın “milad atəşkəsi”nə sərt cavab verib…

PİA.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti ənənəvi axşam müraciətində Rusiyanın birtərəfli qaydada “milad atəşkəsi” elan etməsinə cavab verib.

Zelenski bildirib ki, Rusiyanın məqsədi Ukrayna Silahlı Qüvvələrinin Donbasda irəliləməsini dayandırmaq və mövqelərinə yaxınlaşmaq üçün atəşkəsdən “pərdə” kimi istifadə etmək istəyir.

Ukrayna prezidenti qeyd edib ki, Rusiya Donbasa texnika, sursat və yeni səfərbər olunan əsgərləri gətirmək üçün “Milad atəşkəsi”ndən istifadə etmək istəyir.

Zelenski qeyd edib ki, Rusiya Ukraynaya qarşı növbəti təcavüz dalğasına hazırlığı “Milad atəşkəsi” ilə ört-basdır edə bilməyəcək. Dünya Moskvanın hazırlığının bütün təfərrüatlarını biləcək.

Ukrayna prezidenti xatırladıb ki, Kiyev öz “sülh formulu”nu təklif edib, onun əsas elementi rus işğalçılarının ölkədən getməsindən ibarətdir. “Yalnız bu, atəşin dayandırılmasının zəmanətli və etibarlı yoluna çevrilə bilər”, deyə Zelenski vurğulayıb.

"Müharibə sizin əsgərləriniz ya gedəndə, ya da biz onları qovduqda bitəcək. Ona görə də unitazlarınızı götürün - yolda lazım olacaq - və 1991-ci ildən sərhədimizdən kənarda öz evinizə qayıdın”, deyə Zelenski ənənvi axşam müraciətində bildirib.

pia.az