Ərdoğanın Ukrayna üçün sülh təklifində nə var?

Rusiya Qərbdə dondurulmuş aktivlərinin hesabına Ukraynanın bərpasına yardım ayıra bilər…

PİA.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanln yanvarın 5-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı Rusiya mətbuatının diqqət mərkəzindədir.

Ekspertlər hesab edirlər ki, Ərdoğanın sülh təklifi ilə yenidən ortaya çıxmasının və fəallaşmasının ciddi səbəbləri var. Hər şeydən əvvəl Vladimir Putin Ərdoğan vasitəsi ilə Ukraynada sülhün əldə edilməsi ilə bağlı təkliflərini Zelenskiyə çatdırmaq istədiyi vurğulanır.

Bu təkliflər arasında Ukraynanın dağıdılan şəhərlərinin bərpası üçün Rusiyanın Qərbdə dondurulmuş aktivləridən vəsait ayırmağa hazır olması ilə bağlı Ərdoğanla razılaşdırılmış təklif də var. Bundan əlavə, qazın Avropaya tranziti ilə bağlı sövdələşmə də mümkündür: “Qazprom” səhmlərinin 25%-ə qədərini Ukraynaya kömək üçün verə bilər.

“Bu təkliflər hərbi əməliyyatların dayandırılmasına və BMT səviyyəsində danışıqların başlanmasına start vermək üçündür”, deyə Rusiyada popular olan “Образ будущего” teleqram kanalı yazır.

pia.az