Paşinyan Qarabağa faktaraşdırıcı missiya göndərilməsini istəyir

Ermənistan “Laçın dəhlizi” ilə bağlı daha predmetli addımlar atılmasını gözləyir…

PİA.az “Sputnik Ermənistan”a istinadən xəbər verir bunu bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökümətin iclasında bildirib.

““Laçın dəhlizi”nin davam edən blokadası Qarabağa və “Laçın dəhlizi”nə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini zəruri edir və biz bu məsələ ətrafında ardıcıl çalışmalıyıq”, deyə Paşinyan hökümətin iclasında deyib.

Paşinyan qeyd edib ki, Ermənistan Laçın dəhlizi üzrə daha substansiyalı addımların atılmasını gözləyir. O, həmçinin Azərbaycan hakimiyyətini “Laçın dəhlizi”nin açılması ilə bağlı tədbirlər görməməkdə ittiham edib.

“Humanitar böhrana səbəb olan bu aksiya dəhlizin açılması tələbi ilə geniş beynəlxalq reaksiyaya səbəb oldu. Buna baxmayaraq, Azərbaycan problemin həlli üçün tədbirlər görmür”, deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, Laçın dəhlizinin bağlanması regiona beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin zəruriliyini ortaya qoyub.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın “Laçın dəhlizi”nə beynəlxalq missiya göndərmək çağırışlarını təxribat adlandırıb. Nazirliyin bəyanatında deyilir ki, İrəvan bu cür hərəkətləri ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağa çalışır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, “Laçın dəhlizi”nin tamamilə bağlanması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Nazir vurğulayıb ki, ekofəallar “Laçın dəhlizi” üçün heç bir təhlükə yaratmır.

pia.az