Kreml Putin-Ərdoğan danışığının detallarını açıqlayıb - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub...

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin, ilk növbədə enerji sektorunda daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Türkiyədə regional qaz qovşağının yaradılması və Akkuyu AES-in tikintisi kimi strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinin prioritet əhəmiyyəti qeyd edilib.

"Ukrayna ətrafında vəziyyətə toxunulub. Rusiya tərəfindən Qərb dövlətlərinin Kiyev rejimini silah və hərbi texnika ilə təchiz edən, əməliyyat məlumatı və hədəf təyinatı ilə təmin edən destruktiv rolu vurğulanıb. Rəcəb Tayyib Ərdoğanın münaqişənin siyasi həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib. Amma bir şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələblərə əməl etsin və yeni ərazilərlə bağlı realləqları nəzərə alsın. Ukrayna taxılının ixracı və Rusiyadan ərzaq və gübrə tədarükünün dayandırılması ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul müqavilələrinin etibarlılığını nəzərdən keçirərkən, Rusiya ixracına bütün maneələrin aradan qaldırılmasını nəzərdə tutan dürüst kompleks yanaşmanın zəruriliyi qeyd edilib. Tərəflər Suriyadakı böhranın nizamlanması perspektivlərinə də diqqət yetirib. 2022-ci ilin dekabrında Rusiya, Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə Moskvada keçirilən müdafiə nazirlərinin görüşünə müsbət qiymət verilib. Belə üçtərəfli formatda təmasların inkişafının Suriya Ərəb Respublikasında vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasına, o cümlədən onun ərazi bütövlüyünün bərpasına, qaçqınlar probleminin həllinə və beynəlxalq terroçu strukturlara qarşı mübarizə vəzifələrinin həllinə töhfə verəcəyinə ümid ifadə olunub”, deyə Kremlin məlumatında qeyd olunub.

Putin və Ərdoğan Yeni il münasibətilə bir-birini təbrik ediblər və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

pia.az