Xameneyi: Hər şeyə görə Qərb günhkardır

İranın Ali dini lideri hesab edir ki, ölkəsində baş verən etirazlara görə Qərb günahkardır…

İranın Ali dini lideri Əli Xameneyi İran hökümətinin baş verən etirazlara görə məsuliyyətini inkar edib.

PİA.az xəbər verir ki, bu barədə Iran International nəşrinin məlumatında yer alıb.

Xameneyi hesab edir ki, İranda 3 aydan artıq davam edən xalq etirazlarına və iğtişaşlara, xüsusilə hicab probleminə görə rəhbərlik etdiyi hakimiyyət məsuliyyət daşımır.

“İranda baş verənlər Qərbin açıq həyasızlığı ucbatından baş verir”, deyə İranın Dini rəhbəri bildirib.

Xameneyi həmçinin etiraz aksiyaları zamanı gənc qızların hicabdan imtina etmədiklərini də xüsusi aksentlə qeyd edib.

Qeyd edək ki, İranda hələ də davam edın etiraz aksiyalarında xalq əsasən Ali Dini liderə qarşı şualrlar səsləndirirlər və xalq etirazlarının əsas hədəfi də məhz Əli Xameneyidir.

pia.az