Putin Priqojinin dustaq “vaqner”çilərini əfv edib

Priqojin: Eks dustaqların ilk qrupu əfv edilib və onlar döyüş bölgəsini tərk ediblər…

PİA.az xəbər verir ki, bu barədə “Vaqner” ÖHŞ-nin sahibi Yevgeni Priqojin “RİA Novosti” Agentliyinin müxbirinə bildirib. Priqojinin sölərinə görə birinci qrup Ukraynada 6 ay döyüşdükdən sonra müqaviləyə əsasən əfv ediliblər və keçmiş dustaqlar evlərinə qayıdıblar.

Bildirilir ki, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi bu məlumatı şərh etməyib.

“Altı aylıq müqavilələrini başa vurdular. Onlar şərəflə, ləyaqətlə vuruşurdular. Birinci qrup artıq evlərinə dönüb”, deyə Priqojin bildirib.

Xüsusilə, iş adamı “GDR” çağırış nişanı olan döyüşçünün taleyindən danışıb. O, "otuz"a xidmət etmiş bir adamın Uqleqorsk istilik elektrik stansiyasının ərazisindəki Ukrayna qalasına hücum zamanı 52 yaşında öldüyünü söylədi. Döyüşçünün həmkarlarının qeyd etdiyi kimi, bu, iyulun 13-də, yəni döyüşçülər cəbhə xəttinə gəldikdən ertəsi gün baş verib.

Qeyd edək ki, bir müddət əvvəl Priqojin “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinindöyüşdə həlak olan dostlarını necə basdırmasından danışıb. Bu məqsədlə Krasnodar diyarında “Bakinskaya” kəndinin kənarında xüsusi qəbiristanlıq yaradılıb, burada artıq 93 qəbir var.

Priqojinin qeyd edib ki, həmin məzarlıqda kimsəsiz döyüşçülər, yetimlər və cəsədləri qohumları tərəfindən aparılmayan “vaqnerçilər” dəfn edilir.

pia.az