İran PUA-ları üçün texnologiyanı hardan alır?

Ukraynada vurulmuş İran dronlarından birində Qərb şirkətləri tərəfindən istehsl olunan 10-dan artıq texnologiya tapılıb…

PİA.az xəbər verir ki, bu barədə CNN-nin məlumatında bildirilir.

Ukrayna kəşfiyyatının hesablamasına görə Shahed-136 PUA-sından əldə olunan 52 komponentin 13-ü ayrı-ayrı ABŞ şirkətləri tərəfindən istehsal olunub. 40-a qədər komponent isə Kanada, İsveçrə, Yaponiya, Tayvan və Çin istehsalıdır.

pia.az