Ukrayna BMT-ni Zaporojye AES-i qorumaq üçün sülhməramlılar göndərməyə çağırıb

Ukrayna Birləşmiş Millətlər Təşkilatından (BMT) Zaporojye Atom Elektrik Stansiyasını qorumaq üçün Rusiya ilə razılaşmadan belə sülhməramlılar göndərməyi xahiş edib...

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Sülhməramlı kontingentlə bağlı artıq BMT-yə müraciət göndərilib.

Qeyd edək ki, Ukrayna ötən ilin sentyabrından əraziyə BMT sülhməramlılarının göndərilməsini tələb edir.

pia.az