Elmar Məmmədyarov Qazaxıstan xarici işlər nazirinin müavini ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan xarici işlər nazirinin müavini Samat Ordabayevi qəbul edib
Trend XİN-in mətbuat xidmətinə istinadən məlumat verir ki, qazaxıstanlı diplomatı salamlayan nazir iki ölkə arasında əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib və Ermənistan-Azərbaycan münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana olan dəstəyini yüksək qiymətləndirib.Bu gün Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında keçirilmiş növbəti - üçüncü məsləhətləşmə haqqında məlumat verən S.Ordabayev iki ölkə arasındakı münasibətlərin daha da inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.Habelə, tərəflər arasında regional proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.