AK prezidenti Ukraynaya səfər etməyi planlaşdırır
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə AK rəhbəri tviter səhifəsində yazıb.
“Prezident Zelenski ilə yeni ildə ilk söhbətim zamanı Ukrayna xalqına səmimi dəstəyimi və 2023-cü il üçün ən xoş arzularımı çatdırdım. Aİ nə qədər lazımdırsa, o qədər dəstəkləyəcək. Biz sizin qəhrəmanlıq mübarizənizi dəstəkləyirik. Azadlıq uğrunda və qəddar aqressiyaya qarşı mübarizənizi...”, - o yazıb.
AK rəhbəri Avropa İttifaqının bu qışda Ukraynanı generatorlar, işıq lampaları, sığınacaqlar və məktəb avtobusları, eləcə də maliyyə dəstəyi ilə təchiz edəcəklərini söyləyib.
“Tezliklə sizinlə Ukraynada yenidən görüşməyi səbirsizliklə gözləyirəm”, - o əlavə edib.
Qeyd edək ki, Ursula fon der Lyayen müharibə başlayandan bəri üç dəfə Ukraynaya səfər edib.
pia.az