Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışdı
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan ikitərəfli və beynəlxalq platformalarda münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və əlaqələrin gələcək perspektivlərini müzakirə ediblər.
Nazirlər yeni 2023-cü ildə siyasi, iqtisadi, ticarət və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
pia.az
Ətraflı Nazir Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.