Meksikada həbsxanadakı iğtişaşda 14 nəfər ölüb

Meksikada həbsxanada baş verən iğtişaş zamanı ölənlərin sayı artıb...

PİA.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə nəticəsində 14 nəfər həlak olub.

Onlardan 10-u təhlükəsizlik işçisidir.

İğtişaş ABŞ sərhədinə yaxın olan Xuares şəhərindəki həbsxanada olub.

Bir qrup silahlı cinayətkar məhbusların bir qismini azad etmək üçün həbsxanaya soxulub.

pia.az