Bakıda gənc oğlan özünü dənizə atıb

Səbail rayonunda intihara cəhd qeydə alınıb...

PİA.az xəbər verir ki, hadisə Bakı Dəniz Vağzalının ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Nəzərov Tural Şahin oğlu intihar etmək üçün özünü dənizə atıb.

O, Su Nəqliyyatı polis idarəsinin əməkdaşları və sahilyanı ərazidə xidmət aparan xilasetmə xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun həyatını xilas edə bilib.

pia.az