Mingəçevirdə küçədə 43 yaşlı kişinin meyiti aşkarlanıb

Mingəçevir şəhərində küçədə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb...

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu küçəsi, 42 ünvanında qeydə alınıb.

Meyitin şəhər sakini, 1980-ci il təvəllüdlü Həsənov Zaur Ağəli oğluna aid olduğu məlum olub.

Onun döyülərək qətlə yetirildiyi ehtimal edilir.

Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

pia.az