Ağcəbədidə 70 yaşlı qocanı avtomobil vurub

Ağcabədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Niftalıyev Fikrət Səməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

pia.az