Gəncədə ana və iki övladı dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ramilə Huseynova onun övladları 2010-cu il təvəllüdlü Fatimə Huseynova və 2012-ci il təvəllüdlü Mədinə Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ana və övladları yaşadıqları evdə dəm qazından zəhərlənib.

pia.az