Real Madrid-dən Cud Bellinqhem üçün sərvət

Real Madrid Bundesliqada Dortmund Borussiyası-nda çıxış edən Cud Bellinqhem üçün 100 milyon avrodan çox ifadə qonorarı ödəməyə hazır olduğunu bildirib...

PİA.az ESPN-ə istinadən xəbər verir ki, İspaniyanın La Liqa nəhəngi Real Madrid Almaniya Bundesliqasında Dortmund Borussiyasında çıxış edən Cud Bellinqhemi heyətinə almaq üçün sərvət ödəməyə hazırdır.

Xəbərə görə, ispan nəhənginin 19 yaşlı futbolçunun transferi üçün Dortmund Borussiyasına 100 milyon avrodan çox pul verməyə hazır olduğu bildirilir.

Aralıq transfer dövründə Real Madrid-in ingilis futbolçunun transferi üçün görüşməyə hazır olduğu da deyilir.

Qeyd edək ki, Dortmund klubu ilə 2025-ci ilə qədər müqaviləsi olan ingilis yarımmüdafiəçi cari mövsümdə 22 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

pia.az