Volkov Azərbaycan ekoaktivistləri ilə görüşmür, amma ermənilərlə görüşdü...

Rusiya sülhməramlı qüvvələrinin komandanı ermənilərlə görüşdü, amma azərbaycanlılarla hələ də görüşmək istəmir...

Politoloq: “Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun Qarabağda ermənilərlə görüşməsi Kremlin təlimati ilə reallaşıb”.

“Ümumiyyətlə, Laçın dəhlizində bağlı vəziyyəti Volkov həll edə bilməz. Burada Ermənistan və Rusiyanın qanunsuz fəaliyyəti aşkar edilib və təkcə mədən ərazilərin qanunsuz istismarı deyil, silah və sursatı daşınmasının qarşısı alınır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun Qarabağda ermənilərlə görüşməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkov Qarabağda yaşayan ermənilərin köməyinə çatdı. Volkovun ermənilərlə görüşüb azərbaycanlılarla hələ də görüşməməsi nə anlama gəlir? Demək olarmı ki, Xankəndinə savaş ehtimalı artır?

Xankəndi ətrafında baş verənləri PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan bu prosesi müsbət və beynəlxalq qanunlara əsasən həll edəcək”.

Volkovun azərbaycanlı etirazçılarla görüşməməsinin səbəbini ona verilən əmrdə görən politoloq PİA.az-a bildirib ki, Volkov əmrə tabe olan adamdır və ondan biz ciddi bir şeylər gözləməməliyik:

“Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun Qarabağda ermənilərlə görüşməsi Kremlin təlimati ilə reallaşıb. Bizim etirazçılarla görüşməməsi əsasən ona verilən əmrlə bağlıdır. Volkov əmrə tabe olan adamdır və ondan biz ciddi bir şeylər gözləməyək. Bu, onu göstərir ki, Moskva erməniləri himayə edir və onların nazı ilə oynayır.

Ümumiyyətlə, Laçın dəhlizində bağlı vəziyyəti Volkov həll edə bilməz. Burada Ermənistan və Rusiyanın qanunsuz fəaliyyəti aşkar edilib və təkcə mədən ərazilərin qanunsuz istismarı deyil, silah və sursatı daşınmasının qarşısı alınır. Bunlar mədən ərazilərində fəaliyyəti dayandırdı etirazı dayandıraq belə bir şey yoxdur. Ona görə də Azərbaycanın maraqları təmin edilməli və bu tələblər qanunidir.

Sülhməramlı qüvvələr öz missiyasını yerinə yetirmir. Onlar burada iki toplum arasında etnik düşmənçiliyə xidmət edir. Düşünürəm ki, Azərbaycan bu prosesi müsbət və beynəlxalq qanunlara əsasən həll edəcək. Bura Azərbaycan ərazisidir və biz Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən narazıyıq Ona görə biz onların növbəti beş illiyində qalmasına icazə verməməlidir”.

Nərminə UMUDLU pia.az