NATO-nun Baş katibi Ukraynada sülhə aparan yolu açıqlayıb

Stoltenberq hesab edir ki, Ukraynaya silah tədarükünün davam etdirilməsi sülhə gətirib çıxaracaq...

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna qoşunlarına silah tədarükünün davam etdirilməsinin sülhə sülhə aparacağını bildirib. PİA.az xəbər verir ki, o, bu barədə DPA Agentliyinə müsahibəsində qeyd edib.

Baş katibin sözlərinə görə, Kiyevin hərbi dəstək sülhə aparan ən qısa yol ola bilər. Şimal Alyansının rəhbəri əlavə edib ki, Rusiya Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək.

Bununla yanaşı, Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hərbi obyektlərinə hücumlarını qanuni hesab edib, çünki Kiyev müdafiə mövqeyindədir.

Ukrayna Silahlı Qüvvələrinə orta mənzilli raketlərin verilməsinə gəlincə, Baş katib müttəfiqlərin Ukraynanı “xüsusi döyüş sistemləri” ilə təmin etmək üzrə daimi dialoqundan danışıb.

Stoltenberq qeyd edib ki, NATO Ukraynaya tədarükün təmin edilməsi üçün və öz maraqlarına uyğun olaraq təşkilata daxil olan ölkələrin müdafiə sənayeləri ilə bu istiqamətdə əməkdaşlıq edir.

pia.az