Eldar Əzizov yas mərasimlərində yeməyə qadağa qoydu

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub
Bu barədə AzVision.az-a şəhər icra hakimiyyətindən məlumat verilib. Bildirilir ki, Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.