Türkiyədə 5 İŞİD üzvü saxlanıldı

Çanaqqalada İŞİD terror təşkilatına qarşı Kəşfiyyat və TEM qruplarının təşkil etdiyi əməliyyatda saxlanılan 9 şübhəlidən 5-i məhkəmə tərəfindən həbs edilib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqalada İŞİD terror təşkilatının fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində işlər davam edir. Çanaqqala Respublika Prokurorluğunun koordinasiyasında Kəşfiyyat və Terrorla Mübarizə Şöbə Müdirliyinin (TEM) qrupları tərəfindən 7 ünvanda əməliyyat keçirilib. Əməliyyatda 9 şübhəli saxlanılıb. Əməliyyat zamanı çoxlu sayda rəqəmsal materiallar, qadağan olunmuş nəşrlər və sənədlər, lisenziyasız ov tüfəngləri və 52 ədəd patron ələ keçirilib. Prosesdən sonra ədliyyəyə aparılan 9 şübhəlidən 5-i tutularaq həbsxanaya göndərilib. 3 şübhəli haqqında isə səyahət qadağası və məhkəmə nəzarət qərarı çıxarılıb. Bir şübhəli şəxs isə prokurorluqdan buraxılıb.

Digər tərəfdən, Çanaqqalada yerləşən 2 vilayətdə qanunsuz FETÖ Terror Təşkilatına qarşı keçirilən əməliyyatda 1-i fəal, 3-ü hərbçi olmaqla, 4 şübhəli yaxalanıb. Şübhəlilərin istintaqının davam etdiyi bildirilib.

pia.az