Bağçalarda tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul elan edilib

Tərbiyəçi-müəllim vəzifəsi üzrə aşağıda qeyd olunan məktəbəqədər təhsil müəssisələrinə faktiki yaşayış yeri üzrə reytinqə uyğun namizəd olmadığına görə vakansiya seçiminə start verilir...

Elm və Təhsil Nazirliyindən PİA.az-a verilən məluamta görə, vakansiya seçimində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimində iştirak etmək istəyən şəxslər linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 6 yanvar saat 18:00-dək davam edəcək.

pia.az