Tərtərdə qış mövsümü ilə əlaqədar işlər davam etdirilir - Fotolar

Tərtər rayonunda qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır...

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kommunal təsərrüfat idarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev prospektində, Sabir parkında, Nəriman Nərimanov, Elman Hüseynov, Mehdi Hüseynzadə, Nizami, Şıxəli Qurbanov, Nicat İsgəndərov, Rasim Mürsəlov küçələrində yol kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb, ağacların dibləri bellənib. Səkilərdə sakinlərin gediş-gəlişinə maneə yaradan ağaclar budanıb. Ərazidə ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantıları təmizlənərək Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.

PİA.az xəbər verir ki, əlavə olaraq kommunikasiya xətləri qaydaya salınıb. Küçələrdə quraşdırılmış gecə işıqlandırma sistemlərinə baxış keçirilib, sıradan çıxmış elektrik lampaları yenisi ilə əvəz olunub, xətlərdəki nasazlıqlar aradan qaldırılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov görülmüş işlərlə yerində tanış olub, əlaqədar qrumlara müvafiq tövsiyyə və tapşırıqlarını verib.

##galery##

pia.az