Böyük güclərin kiber müharibəsi…

Rusiya hakerləri NATO-nun kiber ordusunun dosyesini dərc ediblər…

RaHDit haker qrupu Rusiyaya qarşı kiberhücumlarda iştirak edən NATO zabitlərinin dosyelərini oğurlayıblar. PİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb.

Agentlik xəbər verir ki, Rusiyanın “RaHDit” haker qrupu Baltikyanı və Ukraynadakı kibermərkəzlərə xidmət və məsləhətlər verən NATO-nun 100-dən çox hərbi qulluqçusu haqqında məlumatları ehtiva edən siyahını ictimaiyyətləşdiriblər. RaHDit hakerlərinin fikrincə, onlar Rusiyaya qarşı kiberməkanda hücumlara görə məsuliyyət daşıyan əcnəbilərdir, ukraynalı mütəxəssislər isə pərdə kimi istifadə olunur.

Agentliyin həmsöhbətinin sözlərinə görə, əslində kiberhücumların arxasında məhz NATO mərkəzləri dayanır, Ukraynanın nizami təhlükəsizlik qüvvələri və xalq fəalları isə sadəcə olaraq pərdə rolunu oynayır.

RaHDit haker qrupunun nümayəndəsi bildirib ki, Ukrayna birlikləri, o cümlədən Save UA qruplaşması hücumların məhz onlar tərəfindən həyata keçirildiyinin görüntüsünü yaradırlar və bununla əslində əsl hücum mərkəzlərinin gizli saxlamağa çalışırlar. Bundan əlavə, xakerin iddiasına görə, xarici ekspertlər özləri də kibermüharibə ilə birbaşa məşğuldurlar.

“İndi Ukrayna deyil, bütün NATO ölkələri kiberməkanda bizə qarşı mübarizə aparır. Onlar çox uzun müddət ukraynalı mütəxəssislər hazırladılar, Baltikyanı ölkələrdə, Polşada kibermərkəzlər yaratdılar. Ukraynalılar bu kibermərkəzlərdə təhsil almağa gedirlər. İndi bu kibermərkəzlərdən koordinasiya və idarəetmə var” RaHDit nümayəndəsi fikrini yekunlaşdırıb.

pia.az