ABŞ Rusiya PUA-larının zərəsizləşdirilməsində Ukraynaya kömək edə bilər

Proqram İranın PUA-ıar istehsal etməsinin qarşısını almaq və Rusiya Silahlı Qüvvələrinin kamikadze PUA-ları Ukraynaya atəşləməyi çətinləşdirmək məqsədi daşıyır…

PİA.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

The New York Times (NYT) mənbələrə istinadən yazır ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiya pilotsuz təyyarələrinin buraxılmasının qarşısını almağa kömək edir. Qeyd olunur ki, ABŞ İranda döyüş pilotsuz uçan aparatlarının istehsalına da müdaxilə etməyə çalışır.

ABŞ-ın hazırladığı yeni proqram İranın PUA-ıar istehsal etməsinin qarşısını almaq və Rusiya Silahlı Qüvvələrinin kamikadze PUA-ları Ukraynaya atəşləməyi çətinləşdirmək məqsədi daşıyır.

Bundan əvvəl ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bildirib ki, Vaşinqton Moskvaya İrana aid edilən silahların tədarükünə diqqət yetirmək niyyətindədir. Onun sözlərinə görə, nüvə sazişinin bərpası üzrə danışıqlar hazırda Ağ Evin diqqət mərkəzində deyil, çünki bu danışıqlar dalana dirənib.

pia.az