Piza-dan Olimpiu Morutan qərarı

İtaliya İkinci Futbol Liqası komandası Piza-nın Super Liqa klubu Qalatasaray-dan aldığı rumıniyalı futbolçu Olimpiu Morutanla bağlı qərarını verib...

PİA.a Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qalatasaray-ın mövsümün əvvəlində B Seriyasında çıxış edən Piza-ya transfer edilən gənc futbolçu Olimpiu Morutanla bağlı yeni xəbər gəlib.

Rumıniya mətbuatında çıxan xəbərə görə, 5,5 milyon avroya alış dəyəri olan Olimpiu Morutanı Qalatasaray-dan almaq istəyən Piza bu qonorarı azaltmaq üçün danışıqlara başlayıb. Xəbərdə Pizanın rumıniyalı futbolçunun oyunundan çox razı qaldığı və onun komandada qalmasını istədiyi yazılıb.

Qeyd edək ki, Qalatasaray-ın ötən mövsüm Buxarestin Styaua klubundan 3,5 milyon avroya transfer etdiyi 23 yaşlı Morutan bu mövsüm Piza-nın heyətində 17 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.

pia.az