Rusiyada terror planlaşdıran silahlı şəxslər öldürülüb

Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Rusiyanın Kabardin-Balkar Respublikasının Çegem şəhərində terror aktı hazırlayan iki silahlı şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FTC) tərəfindən öldürülüb...

APA xəbər verir ki, bunu Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildiriblər.

Məlumatda həmçinin bildirilib ki, həmin şəxslər terror aktını törətdikdən sonra Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək üçün Ukraynaya getməyi planlaşdırıblar.

“Rusiya FTX Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi “Terror aktına hazırlıq” maddəsi ilə açılmış cinayət işi çərçivəsində axtarışda olan, əvvəllər məhkum olunmuş iki Rusiya vətəndaşı Nalçik şəhəri yaxınlığında saxlanılarkən silahlı müqavimət göstəriblər və cavab atəşi ilə zərərsizləşdiriliblər", - əlavə edilib.

Atışma baş verən ərazidə 2 kq trotil ekvivalentində kustar üsulla hazırlanmış partlayıcı qurğu, 1 ədəd AK-74 avtomatı, PM tapançası və döyüş sursatı aşkar edilib.

pia.az