Kim Çen In: “Məmurlar xalq üçün “qulluq uşaqları” kimi çalışmalıdırlar”

Şimali Koreya lideri Kim Çen In deyib ki, dövlət məmurları xalqa sadiq olmalı, vətəndaşlara “qulluq uşaqları kimi” xidmət göstərməlidirlər...

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, belə bir məlumatı Şimali Koreyanın Nodon Sinmun qəzeti yayıb. Qəzet yazır ki, dövlət qulluqçuların yalnız kütlənin səsinə səmimi qulaq asdıqları halda subyektivizm və bürokratiyadan kənar qala bilərlər.

Kim Çen In deyib ki, məmurlar xalqın tələblərinə və səsinə hədsiz dərəcədə sadiq olmalı, əsl iş “qulluq uşaqları kimi” yaşayıb işləməli və həmişə xalqa sadiq olmalıdırlar. Bildirilir ki, KXDR lideri bu barədə Koreya Fəhlə Partiyasının (KFP) plenar iclası zamanı danışıb.

Kim Çen In həmçinin həmin iclasda 2023-cü ildə ölkənin müdafiə potensialını gücləndirmək üçün hədəflər qoyub.

pia.az