Danilov: “Uzaq Şərqdə də onları vuracağıq”

Rusiya Engels aerodromunda baş verən partlayışlardan sonra Tu-95MS və Tu-22M3 strateji bombardmançı təyyarələrini Uzaq Şərqdəki Primorsk diyarına yerləşdirdilər...

PİA.az Ukrayna mətbuatına əsasən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.

“Uzaq Şərqdə olsa, Rusiyanın strateji təyyarələrinə bizim əlimiz çatacaq və onları vuracağıq”, deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vurğulayıb.

Danilov qeyd edib ki, Rusiyanın öz strateji təyyarələrini Uzaq Şərqə köçürmələri də onları xilas etməyəcək:

Düşmən öz strateji təyyarələrini gizlətməyə çalışır. Çünki bilirlər ki, Rusiyanın uzaq diyarlarında da bizim onlara əlimiz çatır. İndi isə bu təyyarələri Primorsk diyarına köçürüblər. Amma nə olursa olsun biz onlar bizim üçün əlçatan olacaq”, deyə Danilov bildirib.

pia.az