Baş tutmayan sülh - Rəsmi Bakı Üçtərəfli Bəyanatından çıxdığını elan etməlidir?

Azərbaycan Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Ermənistan və Rusiyaya vaxt verməli deyilmi?...

Politoloq: “Ermənistan hesab edir ki, vaxt uzatmaqla 44 günlük müharibənin məğlubiyyətinin yaratdığı situasiyanı yumşalda biləcək və nisbətən özləri üçün münasib şərtlər daxilində Azərbaycanla danışıq masasına oturacaq”.

“Əgər Azərbaycan səbrinin sona gəldiyini bəyan etsə, təbii ki, bu, 10 noyabr Üçtərəfli Bəyanatının sonu olacaq. Bu isə Ermənistanın dövlət kimi süquta uğraması ilə nəticələnəcək”.

Bu sözləri politoloq Azər Qasımov 10 noyabr Üçtərəfli Bəyanatının əsas müddəalarının hələ də yerinə yetirilməməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan və Rusiya demək olar ki, 10 noyabr Üçtərəfli Bəyanatının əsas müddəlarını yerinə yetirmir. Bura erməni silahlılarının tərksilah edilməsi, məcburi köçkünlərin geri qayıtması və Zəngəzur dəhlizinin açılması daxildir.

Bəs Azərbaycan bütün bu müddəların yerinə yetirilməsi ilə bağlı Ermənistan və Rusiyaya vaxt verməli, bu vaxt bitdikdən sonra 10 noyabr Üçtərəfli Bəyanatından çıxdığını elan etməlidirmi?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycanın tələblərinin yerinə yetirilməsinin uzadılması yeni hərbi qarşıdurmanı qaçılmaz edəcək”.

Azərbaycanın səbrinin sonunun gəlməsi barədə dəfələrlə siqnallar verdiyini xatırladan politoloq PİA.az-a bildirib ki, hətta Azərbaycan 10 noyabr müqaviləsindən keçən müddətdə iki dəfə ciddi hərbi əməliyyat keçirib:

“Ermənistan hesab edir ki, vaxt uzatmaqla 44 günlük müharibənin məğlubiyyətinin yaratdığı situasiyanı yumşalda biləcək və nisbətən özləri üçün münasib şərtlər daxilində Azərbaycanla danışıq masasına oturacaq. Bunun üçün hər yola əl atırlar. Müxtəif yollarla danışıqları uzatmaqdan tutmuş, ATƏT-in müşahidə missiyasını sərhəd ərazilərə gəlməsini təmin etməyə kimi. Bu da onu göstərir ki, hələ “Ermənistanın ağlı başına gəlməyib”. Yenidən müharibədən danışırlar, İrandan və Hindistandan silah alındığı məlumatları yayırlar.

Təbii ki, Azərbaycan dövləti öz böyüklüyünə layiq şəkildə hərəkət edir, ermənilərin şıltaqlıqlarına hələlik səbr göstərir. Amma bu, daimi ola bilməz. Səbrin sonu gələcək. Azərbaycan dəfələrlə bunun siqnallarını verir, hətta 10 noyabr müqaviləsindən keçən müddətdə iki dəfə ciddi hərbi əməliyyat keçirib.

Azər Qasımov: “Regionun digər ölkələrinin, İran da daxil hədələri Azərbaycan üçün heç nəyi dəyişmir”.

Azərbaycanın tələblərinin yerinə yetirilməsinin uzadılması yeni hərbi qarşıdurmanı qaçılmaz edəcək. Azərbaycanın bunun üçün hərbi gücü və siyasi iradəsi vardır. Regionun digər ölkələrinin, İran da daxil hədələri Azərbaycan üçün heç nəyi dəyişmir. Bizim mövqeyimiz haqlı mövqedir və Ermənistanın öz üzərinə götürdüyü şərtlərin əməl edilməsini tələb edir.

Əgər Azərbaycan səbrinin sona gəldiyini bəyan etsə, təbii ki, bu, 10 noyabr Üçtərəfli Bəyanatının sonu olacaq. Bu isə Ermənistanın dövlət kimi süquta uğraması ilə nəticələnəcək. Ermənistanın vaxtı getdikcə azalır”.

Nərminə UMUDLU pia.az