Strelkov: NATO Kosovonu dəstəkləyir, Rusiya isə Serbiyaya kömək edə bilmir

“DXR”in keçmiş “müdafiə naziri” İqor Strelkovun sözlərinə görə, albanlar “Böyük Albaniya” yaratmağa çalışırlar və NATO albanların tərəfində olacaq…

PİA.az Rusiya mətbuatına əsasən xəbər verir ki, Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müxbir üzvü, birinci dərəcəli kapitan Konstantin Sivkov və “DXR”in keçmiş “müdafiə naziri” İqor Strelkov Serbiya ilə Kosovo arasında artan gərginliyi şərh ediblər.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.

“Kosovo NATO-nun dəstəklədiyi ərazidir. Əgər Şimali Atlantika Alyansı münaqişəyə girərsə, güc balansı, təbii ki, Serbiyanın xeyrinə olmayacaq”, deyə Sivkov NSN-ə müsahibəsində deyib. O, münaqişənin Yuqoslaviyanın bombalanması miqyasını almayacağına ümid etdiyini bildirib.

Strelkov da həmçinin Serbiya üçün xoşagəlməz nəticə proqnozlaşdırıb. O, bildirdi ki, albanların gec-tez “Böyük Albaniyanın bütün ərazisini mütləq serblərdən təmizləyəcəklərinə” şübhə etmir.

Strelkovun sözlərinə görə, albanlar indi bunu etməyə çalışacaq və NATO albanların tərəfində olacaq. Ekspert Vuçiçin hərbi əməliyyatlar olmadan NATO-ya təslim olacağını və Kosovoya qoşun göndərəcəyinə şübhə etdiyini bildirib.

pia.az